• +994 51 531 19 37

Salamlar,
mən hər zaman bütün işlərimi planlı şəkildə həyata keçirməyi sevən biri olmuşam.Hər hədəfimə,ən kiçik arzularıma belə etdiyim qeydlərlə,hazırladığım ajandalarla çatmışam.İnsanların da mənim kimi işinə və həyatına daha motivasiya ilə yanaşmasını təmin etmək üçün 28 mart 2014`cü ildə La Luna ailəsini qurduq.Çətin və əziyyətli keçən uzun illər ərzində Azərbaycanda ən gözəl,kreativ və yüksək keyfiyyətli planner`lərin təmin olunması üçün dəfələrlə Türkiyənin brend firmaları ilə görüşüb razılıqlar əldə etmişik.Bu möhtəşəm,hələ də davam edən rəsmi əməkdaşlıqlarımız Azərbaycanda mövcud olan ən keyfiyyətli məhsulları təmin etməkdə bizə çox kömək edib.Əlbəttə ki,sizin də səmimi və gözəl dəstəyiniz sayəsində 7 ildir ki,birlikdə böyük bir ailə olmuşuq və daha da böyüyəcəyik.Sizləri sevirik :)